“Baxışlar bir-birinə toxunan zaman...” - Deputat

“Baxışlar bir-birinə toxunan zaman...” - Deputat
  12 Noyabr 2014    Oxunub:1978
“İki nəfər bir-birilə qarşılaşan, baxışları bir-birinə toxunan və gözləri bir-birinə sataşan zaman sədaqətin, məhəbbətin və qardaşlığın ilk əlaməti salam verməkdir”.
Milli Məclisin deputatı Adil Əliyev insanların salamlaşmamağından gileylənib.

AzVision.az xəbər verir ki, deputat bu barədə Facebook səhifəsində yazıb.

“Dostlar, son zamanlar, cəmiyyətimizdə yeni bir problemin, sürətlə inkişaf etdiyinin şahidi oluram. İnsanların bir-birinə, salam verməmələrini kənardan görürəm. Doğrudur, bəlkə bu problemlə tək mən rastlaşıram.. Salam verməyənlər, qonşuluqda da var, iş yerində də var, restoranda da var, idmanda da var. Hətta Facebook-da salamsız-sabahsız, müraciət edənlər də var, özü də nə qədər istəyirsiniz? Yəqin Salam verməyənlər, Salamın mənasını bilmirlər..

Salam tanışlığın yaşıl işığıdır. İki nəfər bir-birilə qarşılaşan, baxışları bir-birinə toxunan və gözləri bir –birinə sataşan zaman sədaqətin, məhəbbətin və qardaşlığın ilk əlaməti salam verməkdir...”

Millət vəkili salamlaşmağın müsbət tərəflərini sadalayıb, onun vacibliyini vurğulayıb:

“Salam qarşı tərəfə onun sağlığını və xeyrini istəməyin barədə xətircəmlik verməkdir. Salam verməklə, qarşı tərəfə mən sənin xeyrini istəyirəm, sənə zərər verən, kin saxlayan və düşmənin deyiləm deyirsən. Çünki "salam" sözünün əhatəsində bu sözlərin hamısı var. Həmçinin salam iki müsəlmanın qarşılaşdığı zaman bir-birinə dedikləri islami şüardır. Peyğəmbərimiz (s) buyurmuşdur ki, Salamı..kiçiklər böyüklərə, bir nəfər iki nəfərə, az saylı toplum cox saylıya, minikdə olan piyadaya, yoldan keçən dayanmış olana, ayaqüstə duran oturmuş şəxsə verməlidir...Salam verən zaman uca səslə və aşkar bir surətdə salam verin. Deməyin ki, salam verdim, lakin cavabımı vermədilər. Mümkündür ki, salam vermisiniz, lakin onlar eşitməyiblər..Bir də bilməliyik ki, salam vermək müstəhəb olduğu halda, cavabını vermək vacibdir..”

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti