Koalalar Obama və Putini qucaqlayacaq - VİDEO

Koalalar Obama və Putini qucaqlayacaq - VİDEO
  07 Noyabr 2014    Oxunub:1580
Avstraliya qoruğunda xüsusi hazırlıq görülür.
Azvision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, qoruqda koalaları bu ölkədə keçirilən “G20” ölkələrinin sammitinə hazırlayırlar.

Belə ki, bu heyvanlar iştırakçı ölkələrin prezidentlərini qucaqlayacaqlar.

Təşkilatçıların fikrincə bu cür qarşılanma hazırkı vəziyyəti nəzərə alınsa danışıqlar
prosesinə yumşaqlıq gətirə bilər. Sammit 15 noyabr tarixində keçiriləcək. Sammitə Vladimir Putin və Barak Obama da daxil olmaqla bir sıra dünya liderlərinin qatılacağı gözlənilir.
Hazırda Koalalar hər gün kurslara qatılır. Artıq uğurlar var. Müəllimlərin fikrincə tələbələr öz işlərinin öhdəsindən layiqincə gələcək.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti