Rusiyada erməni vəzifəli şəxsi öldürdü

Rusiyada erməni vəzifəli şəxsi öldürdü
  07 Noyabr 2014    Oxunub:2265
Rusiya Federal Miqrasiya Xidmətinin Moskva İdarəsi üzrə rəhbərinin müavini Nikolay Azarov Yakutiyada ov zamanı güllələnib.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən Azarov noyabrın 5-də Yakutiyaya gəlib. Hadisə Xanqal rayonunun Uluxan-An kəndində baş verib. Belə ki, Azarovun dostu, “MSİTİ-Development” tikinti şirkətinin rəhbəri Armen Zakaryan avtomobilin salonunda təsadüfən atəş açıb. Bu zaman güllə məmura dəyib. Məmur aldığı güllə yarasından yerindəcə dünyasını dəyişib.

Hazırda Zakaryan hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işi açılıb. Araşdırmalar davam edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti