Tələbələrimiz ermənilərə yerini göstərdi - FOTO

Tələbələrimiz ermənilərə yerini göstərdi - FOTO
  05 Noyabr 2014    Oxunub:2499
Ermənilərin Londondakı növbəti təxribatına azərbaycanlı tələbələr etiraz edib.
AzVision.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, Londonda keçirilən “Dünya Səyahət Bazarı - 2014” (World Travel Market-2014) ənənəvi turizm sərgisində ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təqdimatının qarşısının alınması üçün Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü ilə burada təhsil alan azərbaycanlı tələbələr Ermənistan stendinin qarşısında səssiz aksiya təşkil ediblər.

Azərbaycan bayraqlarını və Ermənistanın ölkəmizə təcavüzünü əks etdirən xəritələri əllərində tutan tələbələr Ermənistanın stendi qarşısında dayanaraq həqiqətə uyğun olmayan reklam xarakterli məlumatlara səssiz etirazlarını bildiriblər.

Sərgidə ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən broşürlər paylanılıb.


Teqlər:  





Xəbər lenti