“Qarabağ” – “Dnepr” matçının hakimləri müəyyənləşdi

“Qarabağ” – “Dnepr” matçının hakimləri müəyyənləşdi
  03 Noyabr 2014    Oxunub:1473
UEFA Avropa Liqasının qrup mərhələsində noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşib.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, bu qarşılaşma polşalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Pavel Gil olacaq. Ona Pyotr Sadçuk və Marçin Borkovski köməklik edəcək. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da, saat 21:00-da başlayacaq.


Teqlər:





Xəbər lenti