Azərbaycanda ən populyar axtarış sistemi hansıdır? - SİYAHI

Azərbaycanda ən populyar axtarış sistemi hansıdır? - SİYAHI
  03 Noyabr 2014    Oxunub:4346
Azərbaycanda ən populyar axtarış sistemi hazırda 64,46 faiz bazar payına malik olan “Google.az”dır.
Rabitə və Yüksək Texnologiya Nazirliyindən AzVision.az-a bildiriblər, bu barədə “Global Stats” Analitik şirkətinin təhlillərində məlumat yer alıb. Qeyd olunub ki, Azərbaycanda ən populyar axtarış sistemi hazırda 64,46 faiz bazar payına malik olan “Google.az”dır.

İkinci yeri bazar payı 6,64 faiz təşkil edən “Google.ru”, üçüncü yeri isə 5,4 faiz bazar payı ilə “Google.com.tr” tutur.

İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 5,15 faizlə “Google.com”, 7,09 faizlə “Yandex.ru” mövqelərini möhkəmləndirib.

Sonrakı yerləri “Bing” və “Mail.ru” bölüşdürüb.

Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer “Chrome” olub. Belə ki, onun bazar payı 28,22 faiz təşkil edib.

Brauzerlər bazarında ikinci yeri 3,5 faizlə “Opera”, üçüncü yeri “Safari” tutub. Sonrakı yerlərdə 2,84 faiz bazar payı ilə “Android”, 1,56 faizlə isə “Internet Exploer” qərarlaşıb.

Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS) “Windows” dur. Hazırda Azərbaycanda “Windows 7” ƏS-nin bazar payı 63,01 faiz təşkil edir.

İkinci yeri 13,45 faizlə “Windows XP”, üçüncü yeri bazar payı 4,68 faiz təşkil edən “Android” ƏS tutur. Sonrakı yerlərdə “Windows 8” və “iOS” əməliyyat sistemləri bərqərar olub.


Teqlər:





Xəbər lenti