“O, Azərbaycan futbolunun düşmənidir” (VİDEO)
Son oyununda Bosniya-Hersoqovina yığmasına penaltilər seriyasında məğlub olan 17 yaşadək futbolçulardan ibarət millimiz elit mərhələyə vəsiqəni təmin etməyi bacardı. Belçika və İsveçrə millilərində yer aldığı qrupumuzda yığmamız 4 xalla ən yaxşı qrup üçüncüsü kimi mərhələ adladı. 4 ildən sonra bu uğurun müəllifi olan millimizin baş məşqçisi Mirbağır İsayev yetirmələrinin oyunundan razı qaldığını və futbolumuzun gələcək inkişafi üçün kifayət qədər material olduğunu söylədi.
“Nəyinki bu komandada, eyni zamanda “U19”da, “U17”də futbolçular var. Mən Ziyanı misal göstərə bilərəm. Kim deyir ki, Azərbaycanda material yoxdur, o yalan deyil. O, Azərbaycan futbolunun düşmənidir” – deyə “U17”nin baş məşqçisi Mirbağır İsayev qeyd edib.
17 yaşadək futbolçularımızın elit mərhələdəki rəqibinin adına isə dekabr ayında baş tutacaq püşkatmadan sonra aydınlıq gələcək.
Teqlər: