“Apple” rəhbəri: “Gey olduğuma görə fəxr edirəm”
“İcazə verin açıq danışaq: Mən gey olduğuma görə fəxr edirəm. Hesab edirəm ki, gey olmaq tanrının mənə verdiyi ən möhtəşəm hədiyyələrdən biridir”, - deyə Kuk vurğulayıb.
“Apple” rəhbəri izah edib ki, şirkət işçilərinin böyük əksəriyyəti onun gey olduğunu bilir.
Kuk bildirib ki, bu etirafı etmək helə də asan deyil: “Mən özümü aktivist hesab etmirəm. Lakin mən başqalarının bu hüquq uğrunda verdiyi qurbanları yaxşı anlayıram”.
Kuk həmçinin bundan sonra da bu dəyərlər uğrunda mübarizə aparacıqlarını bildirib: “İrqindən, cinsindən və ya seksual oriyentasiya asılı olmayaraq bu möhtəşəm şirkətin istənilən rəhbərinin bu mübarizəni davam etdirəcəyinə inanıram. Mən şəxsən insanların bərabərliyi uğrunda mübarizəni də davam etdirəcəm”.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


