Dünya futbolunda görünməmiş olay

Dünya futbolunda görünməmiş olay
  30 Oktyabr 2014    Oxunub:2119
İndoneziya Futbol Federasiyası (İFF) idman mübarizəsi prinsiplərini pozduqlarına görə, “Sleman” və “Slemaranq” klublarını İndoneziya Kuboku uğrunda turnirdən uzaqlaşdırıb.

AzVision.az-ın AzərTaca istinadən verdiyi xəbərə görə, bu komandalar arasında dörddəbir final matçında beş avtoqol vurulub ki, həmin qolların da üçünü “Sleman” komandası görüşün son üç dəqiqəsində vurub. Bütün səylərə baxmayaraq, matç 3:2 hesabı ilə “Sleman”ın xeyrinə başa çatıb.

İFF-nin bəyanatında deyilir: “Əldə olan materiallara görə, nəzarət komitəsi hər iki komandanın məğlubiyyət arzusunda olması qənaətinə gəlib. Videoda aydın şəkildə görünür ki, futbolçular bilərəkdən müqavimət göstərmir, əksinə rəqibə kömək edirlər. Hər iki klub diskvalifikasiya olunub”.

KİV-lərin yaydığı məlumata görə, komandalar İndoneziya Kubokunun növbəti mərhələsinə çıxmamaq üçün qəsdən zəif oynayıblar. Qeyd edək ki, həmin mərhələdə qalib komandanın rəqibi yerli mafiya ilə sıx bağlı olan “Borneo” futbol klubudur. ”Borneo” ilə hansı komandanın görüşəcəyi barədə qərar isə daha sonra qəbul ediləcək.


Teqlər:





Xəbər lenti