Leyla Əliyeva 10 yaşında - VİDEO
Görüntülər 1995-ci ildə "Bakılı oğlanlar" ŞHK-nun Heydər Əliyev Sarayında çıxışı zamanı çəkilib.
10 yaşlı Leyla Əliyeva səhnədə şeir söyləyir. Balaca Leyla damdabaca balasının dilindən yazılmış şeiri özünəməxsus şəkildə şirinliklə söyləyir.
"Dayanın, getməyin, evlərini buraxmayın, işıqlarınızı söndürməyin!
Mən damdabacayam, boş evdə tək qalmaq dəhşətdir. Xahiş edirəm, getməyin!
Siz heç bilirsizmi evdə ən əsas şey nədir?
Xeyr, divarlar deyil! Hətta onun arxasında yaşayanlar da deyil.
Qonaqlardır əsas. Bəli, bəli, qonaqlardır.
Onlar artıq sizə gəlirlər, mən onların addımlarını eşidirəm.
Qarşılayın onları, onlar sizin qonaqlarınızdı!"
Leyla Əliyevanın çıxışını zalda izləyənlər arasında atası İlham Əliyev və anası Mehriban Əliyeva da görünür. Onlar qızlarının çıxışlarını sevinclə alqışlayırlar.
Qeyd edək ki, Leyla xanım şairədir. Onun rus dilində qələmə aldığı şeirlər geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Xatırladaq ki, Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildəRusiyanın paytaxtı Moskvada doğulub. İctimai xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya filialının rəhbəri, Moskvada rus dilində nəşr olunan "Баку" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisidir.
Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. Ali təsilini İsveçrədə və Böyük Britaniyada alıb. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsinin dunya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib.
Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə əkiz oğlan uşaqları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.(ans)