Xoşqədəmin evlənməsi Türkiyə mətbuatında

Xoşqədəmin evlənməsi Türkiyə mətbuatında
  22 Oktyabr 2014    Oxunub:4386
ATV-nin “Səni axtarıram” verilişinin aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının türk müğənni Doğuşla ailə həyatı qurması haqda xəbərlər yerli media ilə yanaşı, Türkiyə mətbuatının da gündəmindədir.
Belə ki, qardaş ölkənin aparıcı media qurumları da Xoşqədəm Hidayətqızının müğənni Doğuşla evlilik xəbərini yayıblar.

AzxVision.az xəbər verir ki, sabah.com.tr müğənni Doğuşun Bakıda konsert zamanı tanış olduğu aparıcı Xoşqədəm Hidayətqızı ilə evləndiyini yazıb. Həmçinin müğənninin 2006-cı ildə evləndiyi və 3 il evli qaldığı Şeyma Uygunla boşanmasını da qeyd edib.
2009-cu ildə həyat yoldaşından ayrılan Doğuş bunu Ş.Uygunun hədsiz qısqanclığına dözə bilməməyi ilə əsaslandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti