Göygözlər bir-biri ilə qohumdur - Maraqlı

Göygözlər bir-biri ilə qohumdur - Maraqlı
  17 Oktyabr 2014    Oxunub:7044
Mavigözlü bütün insanlar bir birinə qohumdur. Alimlər sübut edib ki, mavi gözlü insanların əcdadı eynidir.
Belə ki, bu göz rəngi təxminən 6-10 min il əvvəl yaranan genetik mutasiya nəticəsində Qara dəniz ərazisində yaranıb. Ona görə də bu göz rənginə malik insanların qohum olduğu bildirilir.



İnsanın göz rəngi ilə bağlı daha bir maraqlı fakt isə açıqrəngli gözə malik insanların daha çox spirtli içki qəbul etməsidir. Tündrəngli gözü olanlara spirtli içki daha tez təsir edir, ona görə də bu insanlar içkini daha az içir. Açıqrəngli gözü olanlara isə spirtli içki gec təsir etdiyindən onlar daha çox spirtli içki qəbul edir. Bundan başqa açıq rəngli gözü olan xanımlar doğuşu daha rahat keçirirlər.



Gözünün rəngi tünd olanların üstünlüyü isə yaxşı futbol oynamalarıdır. Belə ki, gözün rəngini müəyyən edən melanin piqmenti həmçinin beyninin reaksiya mərkəzinin daha yaxşı işləməyinə kömək edir. Bu da tündrəngli gözü olanların futbol kimi idman növlərində daha aktiv olmağına imkan verir.



Beyində reaksiyanın az olması göz rəngi açıq olan adamların öz fəaliyyətini planlı qurmağına şərait yaradır. Belə gözü olanlar dərs oxumaq, qolf oynamaq kimi plan və davamlılıq tələb işlərdə daha bacarıqlı olurlar.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti