Sərt iqtisadi siyasət səhhətə ziyandır

Sərt iqtisadi siyasət səhhətə ziyandır
  01 May 2013    Oxunub:1540
Sərt iqtisadi tədbirlər insan səhhətinə mənfi təsir göstərir.
Alimlər müəyyən edib ki, sərt iqtisadi tədbirlər Avropa və Şimali Amerika sakinlərinin səhhətinə mənfi təsir göstərir, onları intihara təhrik edir, depressiyaya salır və infeksion xəstəliklərin sayını artırır.

Oksford Universitetinin siyasi iqtisadiyyat üzrə mütəxəssisləri Devid Stakler və Stenford universitetinin professor köməkçisi və epidemioloq Sanjey Basunun on ildir davam edən araşdırmaları bu nəticəyə gəlmək imkanı verib.

Müəlliflərin bu həftə dərc olunacaq kitablarında yer alan məlumatlara əsasən hökm sürən “Böyük resessiya” və sərt iqtisadi tədbirlər dövründə Avropa və Şimali Amerikada 10 mindən çox intihar hadisəsi və milyona qədər ağır depressiya halları qeydə alınıb.

Yunanıstanda isə dövlət xərclərinin kəskin azaldılması İİV, QİÇS kimi virusların artımında, narkotik aludəçilərinin sayı isə artan işsiz gənclərin fonunda özünü biruzə verib. Sərt iqtisadi tədbirlər nəticəsində ölkədə son onilliklər ərzində malyariya xəstəliyinin ən yüksək göstəricisi müşahidə edilib.

Beş milyondan çox amerikalı son iqtisadi resessiyalar nəticəsində tibb ocaqlarına müraciət imkanlarından məhrum olub, İngiltərədə isə büdcə kəsirləri 10 min ailəni evsiz qoyub.

Staklerin “The Lancet” və Britaniya səhiyyə jurnalında dərc olunan digər araşdırması isə Avropa ölkələrində artan intihar faktlarının sərt iqtisadi tədbirlərlər əlaqədar olduğunu göstərib, İİV və QİÇS kimi sindromların kasıb əhaliyə tətbiq olunan sosial xidmətlərin məhdudlaşdırılması fonunda sürətlə artdığını göstərib.

Ancaq Stakler və Basunun fikrincə, ən sərt iqtisadi tədbirlər çərçivəsində də insanların qayğısına qalmaq, onları dərin depressiya və intihar dəhşətindən xilas etmək olar : “Biz göstərmək istəyirik ki, Avropalı insanların səhhətin pisləşməsi heç də hər zaman iqtisadi resessiyaların nəticəsi kimi qiymətləndirilə bilməz. Bu siyasi seçimdir”.

AzVision.az



Teqlər:  





Xəbər lenti