Çindən yeni Süni İntellekt

// “Alibaba”nın “Qwen”i "düşünməyi" də bacarır

   Çindən yeni Süni İntellekt
  02 May 2025    Oxunub:1489
Çinin məşhur “Alibaba” şirkəti “Qwen 3” Süni İntellekt modelini təqdim edib. Şirkət onun Çin modelləri arasında flaqman olacağını iddia edir.
“Alibaba”nın dediyinə görə, “Qwen 3” bir sıra testlərin nəticələrinə əsasən “DeepSeek R1”, “ChatGPT o1” və “o3-mini”, “Grok-3”, “Gemini 2.5 Pro” modellərini üstələyir.

“Qwen 3” hibrid Süni İntellektdir: Onun mürəkkəb tapşırıqlar üçün “düşünmək” rejimi var. Bu rejimdə olarkən Sİ problemi addım-addım analiz edir, sonra isə kompleks cavab verir.

Neyroşəbəkə 119 dili, o cümlədən, Azərbaycan dilini dəstəkləyir. Pulsuz versiyasında limitsiz şəkil yaratmaq imkanı da var.

Samir Quliyev






Teqlər: Süni-İntellekt    





Xəbər lenti