“Vindzor Kral Atçılıq Şousu - 2025”də Azərbaycan da olacaq

 “Vindzor Kral Atçılıq Şousu - 2025”də Azərbaycan da olacaq
  13 May 2025    Oxunub:472
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Böyük Britaniyada keçiriləcək ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz ilk dəfə 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq.
AzVision.az xəbər verir ki, bu ilin ən möhtəşəm çıxışlarından biri olan gözqamaşdırıcı Qarabağ atları, istedadlı rəqqaslar və 2025-ci il üçün yeni orkestr qrupunun nümayiş etdirəcəyi “Azerbaijan – Land of Fire” şou-kompozisiyasının qayıdışı olacaq. Qeyd edək ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının bu nəfəskəsici nümayişi heyranedici performansı, həyəcanlı musiqisini və inanılmaz atçılıq sənətini özündə birləşdirir.

Yeni Şounun direktoru Ceyms Şou öz çıxışında bildirmişdir: “Azərbaycan Respublikası Atçılıq Federasiyasını “Vindzor Kral Atçılıq Şousu”nda yenidən salamlamağa çox şadam. Onların canlı çıxışını əvvəllər heç vaxt görmədiyim üçün rəqs və inanılmaz atçılıq sənəti vasitəsilə izah edilən bu qəhrəmanlıq nağılının möhtəşəm nümayişinə şahid olacağıma görə çox həyəcanlıyam".

Nümayəndə heyətimizin təqdim edəcəyi “Azerbaijan – Land of Fire” adlı şou-kompozisiyanın əsasını Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqisi təşkil edəcək.


Teqlər:





Xəbər lenti