Tramp İstanbula gedəcəkmi?

   Tramp İstanbula gedəcəkmi?
  13 May 2025    Oxunub:481
ABŞ Prezidenti Donald Tramp yerli mətbuata açıqlamasında diqqətə çatdırıb ki, Rusiya və Ukraynanın nümayəndə heyətlərinin mayın 15-də Türkiyənin İstanbul şəhərində keçiriləsi görüşünə o da qoşulmaq istəyir.
Hərçənd gözlənilən görüşün təfərrüatından xəbərdar diplomatik mənbə "RİA Novosti" xəbər agentliyinə açıqlamasında söyləyib ki, rəsmi Ankarada ABŞ liderinin İstanbula səfər planı barədə hələlik məlumatı yoxdur.

Xatırladaq ki, Donald Tramp hazırda Yaxın Şərqə dördgünlük səfərə yollanıb. O, əvvəla Səudiyyə Ərəbistanında, ardınca da Qətərdə və Birləşmiş Ərəb Əmirlikdə müxtəlif görüşlər keçirəcək. Bu, ABŞ liderinin ikinci prezidentliyi dövründə ilk böyük xarici səfəridir. Onun növbəti dayanacaq kimi birbaşa Türkiyəyə yollana biləcəyi istisna deyil.

Rusiya Prezidenti Vladimir Putin mayın 10-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi üzrə tədbirlərinin yekununda jurnalistlərə açıqlamasında vurğulamıdırəsmi Kiyevə müraciətlə İstanbulda ilkin şərt qoyulmadan birbaşa danışıqlar təklifi irəli sürüb. O diqqətə çatdırıb ki, Türkiyə də mayın 15-də keçirilməsi nəzərdə tutulan bu danışıqların təşkilinə hazırdır.
Vitkof: "Putin qol qoymasa, sülh sazişi mümkün deyil"

Digər tərəfdən, Avropa İttifaqı ölkələrinin liderləri ötən həftəsonu Kiyevdə səfər əsnasında Moskva qarşısında atəşkəs təklifi ilə razılaşmaq tələbi qoyublar. ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof isə "Breitbart News" xəbər saytına müsahibəsində Rusiya-Ukrayna müharibəsinin həlli üçün Vladimir Putinin razılığı əsas şərt kimi qiymətləndirib. Onun sözlərinə görə, bu münaqişədə bütün maraqlı tərəflərin fikri "öz dillərindən" eşidilməlidir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Ukrayna   Türkiyə   danışıqlar  





Xəbər lenti