Ən kasıb prezident dünyasını dəyişib

   Ən kasıb prezident dünyasını dəyişib
  14 May 2025    Oxunub:340
Uruqvayın "ən kasıb prezident" kimi tanınan sabiq dövlət başçısı (2010-2015) Xose Muxika 89 yaşında dünyasını dəyişib.
Bu barədə ölkənin hazırkı prezidenti Yamandu Orsi özünün "X" hesabında məlumat verib. O, sələfinin vəfatına dərindən kədərləndiyini diqqətə çatdırıb.

Xose Muxikaya bu ilin əvvəlində qida borusu xərçəngi diaqnozu qoyulmuşdu. O özü mətbuata açıqlamasında xəstəliyinin sağalmaz olduğunu bildirmiş, həmyerliləri ilə əbədi vidalaşmışdı. Muxika hətta prezidentliyi dövründə də kənd evində yaşadığı, ucuz və köhnə avtomobil işlətdiyi, təqribən bütün maaşını xeyriyyə işlərinə xərclədiyi üçün "ən kasıb prezident" kimi tanınırdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Uruqvay   prezident   vəfat  





Xəbər lenti