Yeni Papanın seçilməsi ilə bağlı sual Trampı hiddətləndirib.

   Yeni Papanın seçilməsi ilə bağlı sual Trampı hiddətləndirib.
  12 May 2025    Oxunub:363
ABŞ prezidenti Donald Tramp Amerikanın “ABC News” telekanlının jurnalisti Marta Raddatsın yeni Papa XIV Leonun seçilməsi prosesində onun hansı rolu oynaması barədə sualına son dərəcə qəzəblənib.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti bununla bağlı “The Truth” social şəbəkəsində paylaşım edib.

“Belə sual durduğu yerdən çıxdı, lakin bu, onun Trampa qarşı köklənmiş beynində idi. Yeri gəlimişkən, ölkənin müxtəlif ştatlarında keçirilən son seçkilər zamanı mənə xeyli sayda səsi katoliklər (54% - red. ) verib”, - Donald Tramp yazıb.

Tramp daha əvvəl özünün də Papa olmaq istədiyini bildirmişdi. Onun sosial şəbəkələrdə Müqəddəs taxt-tacı tutan süni intellekt tərəfindən yaradılmış şəkli yayımlanıb. Digər layiqli namizədlər arasında ABŞ prezidenti Nyu-Yorkdan olan kardinalın adını çəkmişdi.

Xatırladaq ki, mayın 7-də Vatikan XIV Leo adını daşıyan 267-ci Papanı, kardinal Robert Frensis Prevostu seçərək konklavın işini yekunlaşdırıb. Prevost tarixdə ABŞ-də doğulan ilk Roma Papası olduğu üçün bu seçkilər tarixi hadisə kimi qiymətləndirilib. Dünən XIV Leo yeni vəzifədə ilk xütbəsini söyləyib.

İngilis, ispan, italyan, fransız və portuqal dillərini mükəmməl bilən XIV Leo latın və alman dillərində də oxuyur. Ömrünün əhəmiyyətli bir hissəsini Peruda keçirmiş Frensis Prevostu 2023-cü ildə Papa Fransisk kardinal rütbəsinə yüksəlltmiş və yepiskopların işi üzrə Dikasteriya prefekti təyin etmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Papa  





Xəbər lenti