Mirzoyan Kallasla görüşüb

Mirzoyan Kallasla görüşüb
  14 May 2025    Oxunub:377
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfəri çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.
AzVision.az xəbər verir ki, onlar beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Cənubi Qafqazda sülhün bərqərar edilməsi səyləri kontekstində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və dövlətlərarası əlaqələrin qurulmasının əsas rolu qeyd edilib.

AzVision.az





Teqlər:





Xəbər lenti