Avropa gözləmək qərarına gəlib

“Putin Zelenski ilə görüşdən imtina edərsə və ya Rusiya mayın 15-də dərhal və qeyd-şərtsiz atəşkəslə razılaşmasa, Avropa liderləri ABŞ prezidentini Moskvaya qarşı sanksiyalar tətbiq olunacağı hədəsinə əməl etməyə çağıracaqlar”, - qəzet vurğulayır.
Eyni zamanda, Böyük Britaniyanın “The Guardian” nəşri Trampın Ukraynanın Putinin təklif etdiyi birbaşa danışıqların bərpası ilə dərhal razılaşmalı olması barədə bəyanatına diqqət çəkib. Qəzetin avropalı diplomatlara istinadən yazdığına görə, 30 günlük atəşkəsin rədd edilməsi Avropanın ABŞ-ni Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə inandırmaq planlarına mane ola bilər.
Xatırladaq ki, mayın 11-də Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqların bərpasını təklif edib. Zelenski Rusiya prezidenti ilə birbaşa danışıqlara hazır olduğunu bildirib və Putini İstanbulda “şəxsən” gözləyəcəyini deyib.
Sahil İsgəndərov
AzVision.az