Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib

Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulandı.
Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edildi.
AzVision.az
Teqlər: