Trampa veriləcək hədiyə ilə bağlı təhqiqat tələb olunur

   Trampa veriləcək hədiyə ilə bağlı təhqiqat tələb olunur
  12 May 2025    Oxunub:400
Demokrat konqresmen Riçi Torres ABŞ prezidenti Donald Trampın Qətər kral ailəsindən hədiyyə olaraq təxminən 400 milyon dollar dəyərində “Boeing 747-8” təyyarəsini qəbul etmək planlarını araşdırmağa çağırıb.
AzVision.az xəbər verir ki, “Axios” portalının yazdığına görə, Riçi Torres ABŞ-ninn bir neçə agentliyinə prezidentin hazırkı təyyarəsini əvəz etmək üçün nəzərdə tutulan “uçan saray” xarici hökumət tərəfindən indiyə qədər prezidentə verilən ən qiymətli hədiyyə olacağını bildirib.
Donald Trampın özü təyyarənin hədiyyə kimi alınması ilə bağlı razılaşmanı “çox şəffaf” adlandırıb.

“Çox açıq və şəffaf bir razılaşma şəklində Müdafiə nazirliyinin pulsuz olaraq “Boeing 747” təyyarəsini hədiyyə almasından vicdansız demokratlar o qədər narahatdırlar ki, onlar təyyarə üçün bizim maksimum səviyyədə pul ödəməyimizdə israr edirlər”, - ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.

“Axios”un daha əvvəl verdiyi xəbərə görə, Ağ Ev və Ədliyyə nazirliyi belə nəticəyə gəlib ki, hədiyyə heç bir rəsmi aktla müşayiət olunmadığına görə bu, rüşvətxorluq sayılmır. Baş prokuror Pem Bondinin hüquqi təhlili də təyyarənin qəbulunun Konstitusiyanın xarici hədiyyələrə qadağasını pozmayacağını müəyyənləşdirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   təyyarə   araşdırma  





Xəbər lenti