İŞİD-ə qoşulan rejissor tutulub

İŞİD-ə qoşulan rejissor tutulub
  15 Oktyabr 2014    Oxunub:1618
İŞİD terror təşkilatının təbliğat xarakterli videolarını hazırlayan türk əsilli rejissor Fatih K. məhkəmə qarşısına çıxarılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyada saxlanılan və ötən gün məhkəməsi olan İŞİD-çinin 2009-cu ildən bəri Almaniya kəşfiyyatı tərəfindən izləndiyi bildirilir.

“Bild” qəzetinin yaydığı məlumata görə, 2010-cu ildə saxta sənədlə Əfqanıstana getməyi planlaşdıran Fatih K. Türkiyəyə gedib və 2011-ci ildə yenidən Almaniyaya qayıdıb. 2013-cü ilin iyun ayında isə Türkiyə vasitəsilə Suriyaya keçib.

Suriyada İŞİD-çi qruplaşmaya qatılaraq hərbi təlim keçib. Sentyabrda Almaniyaya qayıtmaq istəyəndə isə sərhəddə onu tanıyan gömrük əməkdaşları tərəfindən saxlanılıb. Onun evindən İŞİD-in təbliğat videoları aşkarlanıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti