“İmkan olsa Bakıya gəlməzdim”- millimizin kapitanı
Milli komanda Xorvatiya səfərindən başı aşağı, boynu bükük döndü. Təsadüfi deyil ki, yığma üzvləri sürətlə bizdən aralanmağa çalışırdı. Elə qapısında 6 qol görən Kamran Ağayev deməyə söz tapmadı.
Buna baxmayaraq batan gəmini axırıncı tərk edən kapitan danışmağa özündə cəsarət tapdı.
“Xorvatiya oyununa görə bütün Azərbaycan xalqından, futbol ictimaiyyətindən üzr istəyirəm, imkan olsaydı Bakıya gəlməzdim. İşimiz budur məcburuq, qayıdıb gələk, işimizə davam edək” – deyə milli komandanın kapitanı Rəşad Sadıqov qeyd edib.
Milli komanda Avro 2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu noyabrda doğma divarlar arasında Norveçə qarşı keçirəcək.
Teqlər: