Fransız `madmazellər` İŞİD-ə qoşuldu

Fransız `madmazellər` İŞİD-ə qoşuldu
  14 Oktyabr 2014    Oxunub:2637
Yüzdən çox fransız xanım İŞİD terror təşkilatına qoşulub.
AzVision.az xəbər verir ki, İŞİD-ə qoşulan xanımlar arasında yəhudi xanımlar da var.

İŞİD-ə qoşulan fransız qızlar arasında 17 yaşı olan Sahara xüsusilə diqqət çəkir. Adi geyimlərini çarşabla əvəzləyən gənc qız qatara minərkən saxlanılıb. 15 yaşlı Nora isə bildirib ki, İŞİD-li terrorçular ona hərbi təlim keçir. Hər iki qızın Suriyaya Türkiyədən getdiyi bildirilir.

Məluamtda qeyd olunur ki, fransız qızlar Suriya və İraqdakı bütüm cəbhələrdə iştirak edir. İŞİD-ə qoşulan fransız qızların bir çoxunun Tunis və Əlcəzair əsilli olduğu, eyni zamanda əslən fransız olanların da az olmadığı bildirilir.

Ümumiyyətlə, Almaniyadan 140, İngiltərədən isı 100-dən çox gənc qız İŞİD-ə qoşulub. Onların arasında Almaniyada gözəllik müsabiqəsində 3 yeri tutan xanımla ingiltərəli rok ifaçısı da var.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti