Millimizdən biabırçı məğlubiyyət - 6:0

Millimizdən biabırçı məğlubiyyət - 6:0
  14 Oktyabr 2014    Oxunub:1887
Oktyabrın 13-də futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib. Osiyek şəhərindəki “Qradski” stadionunda millimiz Xorvatiya yığması ilə qarşılaşıb.

İsveçrəli baş hakimi Studer Stefanın idarə etdiyi oyunun 11-ci dəqiqəsində Xorvatiya millisinin futbolçusu Andrey Kramariç hesabı açıb. Matçın 33-cü və 45-ci dəqiqələrində xorvatiyalı İvan Perişiç dubl edib. Birinci hissəyə əlavə olunmuş vaxtda isə Marselo Brozoviç fərqlənib. Beləliklə, oyunun ilk hissəsi Xorvatiya millisinin 4:0 hesablı üstünlüyü ilə bitib.

Meydan sahibləri fasilədən sonra da hücumları davam etdiriblər. Görüşün 55-ci dəqiqəsində Elnur Allahverdiyevin kobud oyununa görə millimizin qapısına təyin olunan penalti zərbəsini Luka Modriç dəqiq yerinə yetirib. Beş dəqiqə sonra millimizin kapitanı Rəşad Sadıqov avtoqolla yadda qalıb.

Beləliklə, görüş Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində doğma meydanda Bolqarıstan, səfərdə isə İtaliya kollektivləri ilə qarşılaşıb və hər iki görüş yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.


Teqlər:





Xəbər lenti