Prezident karate üzrə qara kəmər aldı

Prezident karate üzrə qara kəmər aldı
  13 Oktyabr 2014    Oxunub:2252
Çeçenistan prezidenti Ramzan Kadırov karate üzrə qara kəmər alıb.
AzVision.az-ın məlumatına görə, bu barədə prezident özü “İnstagram” sosial şəbəkəsindəki profilində yazıb.

“Beynəlxalq Kiokuşinkay-karate assosiasiyasının prezidenti, əfsanəvi Şokey Maşuinin qərarı ilə mənə Beşinci Dan üzrə qara kəmər verib. Bu mənim üçün böyük şərəfdir”, - deyə Kadırov bildirib.

Kiokuşunkay karatenin ən sərt növlərindən biridir. Karatenin bu növü üzrə ən yüksək dərəcə Doqquzuncu Dan hesab olunur. Bu dərəcəyə çatan karateçi Qırmızı kəmər alır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti