Türkiyə İŞİD-ə qarşı müharibəyə başladı

Türkiyə İŞİD-ə qarşı müharibəyə başladı
  13 Oktyabr 2014    Oxunub:3397
Türkiyə ABŞ və onun tərəfdaşlarına İraq və Şam İslam Dövlətinə (İŞİD) qarşı hərbi əməliyyatlar zamanı öz ərazisində olan hərbi bazalardan istifadə etməyə razılıq verib.

Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

ABŞ hökuməti həmçinin bildirib ki, rəsmi Ankara eyni zamanda ölkə ərazisində İŞİD-ə qarşı mübarizə aparan Suriya müxalifəti yaraqlıları üçün təlim bazasının yaradılmasına da razılıq verib. Məlumata əsasən bu təlim bazalarında 4 minə yaxın Suriya yaraqlısı təlim keçəcək.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti