Zəvvarlarımız Məkkədə - VİDEO

Zəvvarlarımız Məkkədə - VİDEO
  01 Oktyabr 2014    Oxunub:2828
Azərbaycanlı zəvvarlar da müqəddəs torpaqdadılar.
Təxminən iki saata yaxın yol gəldikdən sonra nəhayət Məkkə şəhərinə çatdılar.

AzVision.az ANS TV-ə istinadən xəbər verir ki, bura gələn sonuncu zəvvar qrupları da Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunan xüsusi otellərdə yerləşdirildi.

Daha sonra zəvvarlarla birlikdə dini ayin olan Ümreyi təməttünün əməllərini yerinə yetirmək üçün Kəbəyə yollandıq. Qeyd edim ki, Həcc ziyarətindən əvvəl zəvvarlar Ümreyi təməttünün 5 vacib əməlini yerinə yetirməlidir. Məhz bu ziyarət edildikən sonra Həcc ziyarətinin 13 vacib əməlinə başlanılır.

Kəbəyə yaxınlaşdıqca isə insanların sıxlığı daha da artmağa başlayır. Hətta bir neçə gündür burada gecələyən müsəlmanlara da rast gəlmək mümkündür. Uzun bir yol keçdikdən sonra nəhayət bütün müsəlmanların görmək və ziyarət etmək arzusunda olduğu Kəbəni biz də gördük. Lakin burda gördüklərimizi kamera ilə lentə ala bilmədiyimizdən, sadəcə mobil telefonla çəkdiyimiz kadrları göstərə bilirik. Çünki Kəbə və onun ətrafında çəkiliş aparılması ümumiyyətlə qadağan edilib.

Ziyarətin ən çətin yeri - təvav yeridir. Burda kifayət qədər sıxlıqdır. Hər kəs Kəbə daşına yaxınlaşmaq istəyir, elə sıxlıqda buna görə yaranır. Amma bütün bu sıxlıqlara baxmayaraq çətinliklərə baxmayaraq hər kəs ziyarətini edir.

Yerinə yetirilməsi vacib sayılan əməllərdən biri isə Səfa dağı ilə Mərvə dağı arasında səy etməkdir. Yəni Kəbəyə gələn müsəlmanlar Səfa dağı ilə Mərvə dağı arasındakı təxminən 450-500 metrlik məsafəni 7 dəfə qət etməlidir. Bu əməli yerinə yetirdikdən sonra isə zəvvarlar təqsir niyyəti edərək ya saçlarından ya da dırnaqlarından bir az kəsir. Bununla isə Tanrı qarşısında günahkar olduğunu etiraf edən hər bir müsəlman bu qüsurlardan azad olunmasını istəyir. Bu həm də Umreyi təməttünün sonuncu əməli hesab olunur.



AzVision.az


Teqlər:





Xəbər lenti