Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı
  01 Oktyabr 2014    Oxunub:1771
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində millimiz oktyabrın 10-da Palermoda İtaliya, oktyabrın 13-də isə Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq.
AzVision.az xəbər verir ki, bununla əlaqədar oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt şəhərində, oktyabrın 8-dən 11-dək Palermoda, oktyabrın 11-dən 14-dək isə Osiyekdə təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Heyətdə Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”), Emil Balayev (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Rasim Ramaldanov (“Xəzər-Lənkəran”), Elvin Yunuszadə (“Neftçi”), Maksim Medvedev (“Qarabağ”), İlkin Qırtımov (“Simurq”), Elnur Allahverdiyev (“Neftçi”), Ruslan Əmircanov (“Qəbələ”), Ufuk Budak (“Gaziantep”, Türkiyə), Tərlan Quliyev (“Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Ruslan Abışov (“Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Neftçi”), Taşkın İlter (“Ayntraxt Braunşveg”, Almaniya), Abdulla Abasıyev (“İnter”), Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev (“Xəzər-Lənkəran”), Ağabala Ramazanov (“Xəzər-Lənkəran”), Rüfat Dadaşov (“1FC Saabrükken”, Almaniya), Dmitri Nazarov (“Karlsruher SC”, Almaniya) və Maqomed Kurbanov (“Sumqayıt”) yer alıblar.

Ufuk Budak, Taşkın İlter və Dmitri Nazarov təlim-məşq toplanışında oktyabrın 4-dən iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti