Ankaranı sel basdı - VİDEO

Ankaranı sel basdı - VİDEO
  07 Sentyabr 2014    Oxunub:2142
Türkiyədə yağan güclü leysan yağışları paytaxt Ankarada ciddi fəsadlar yaradıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Ankaranın Sincan rayonu Saraycıq məhəlləsində axşam saatlarında şiddətli yağış yağması nəticəsində sel meydana gəlib. Küçədə avtomobillərinə minmək istəyən vətəndaşlar sel axını ilə qarşılaşıb. 15-dən çox insanın yaralandığı bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Yanğınsöndürən maşınlar və təcili yardım komandaları hadisə yerinə cəlb edilib. Bir çox ev və iş yerlərini də su basıb, nəqliyyatın hərəkəti tamamilə iflic hala gəlib, sürücülər yollarda qalıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti