Bakı metrosunda qoyun - FOTO

Bakı metrosunda qoyun - FOTO
  06 Sentyabr 2014    Oxunub:3043
Bakı Metropolitenində qara qoç peyda olub.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İnşaatçılar stansiyasında qeydə alınıb.

Metroya daxil olan insanların arasında qəfildən bir qara qoç peyda olub. Heyvanın rahat bir formada metronun giriş hissəsində gəzməsi insanların təəccübünə səbəb olub. Gənclər qoçu hürküdüblər. Bu zaman qoç stansiyanın içərisinə daxil omaq istəyib. Bakı Metropolitenin mühafizəçiləri isə qara qoçun stansiyanın vaqonlar olan hissəsinə daxil olmasının qarşısını alıblar. Sahibsiz qoç isə qaçaraq metrodan uzaqlaşıb.

Daha sonra qoç stansiyanın önündə yerləşən avtobus dayanacağının kənarında özünə yem axtarmağa başlayıb.






Teqlər:





Xəbər lenti