NATO Gürcüstanda baza yerləşdirəcək

NATO Gürcüstanda baza yerləşdirəcək
  05 Sentyabr 2014    Oxunub:1361
Gürcüstan və NATO əlaqələrini yeni mərhələyə çıxaracaq əməkdaşlıq haqqında yeni paket demək olar ki, alyansa üzv ölkələrin hamısı ilə razılaşdırılıb.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bildirib.

“Əməkdaşlıq haqqında yeni paket Gürcüstanda NATO-nun təlim bazasının yaradılmasını nəzərdə tutur. Bu bazada həm alyansa üzv ölkələrin, həm də NATO-nun tərəfdaşlarının hərbçiləri təlimlər keçəcək” – deyə, Alasaniya vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, NATO müdafiə xarakterli silahlarının alınmasında və onların bu ölkəyə çatdırılmasında öz köməyini göstərəcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti