Meymun kasıblara pul payladı

Meymun kasıblara pul payladı
  04 Sentyabr 2014    Oxunub:2116
Hindistanda “Robin Qud” peyda olub. AzVision.az xəbər verir ki, Hindistanda bir meymun ac olduğundan evlərdən birinə girib.

Yeməyə heç nə tapmayan meymun evdəki pulları götürərək evdən çıxıb. Ağaclardan birinin üzərinə çıxaraq pulu insanların üzərinə dağıdıb.

BBC-nin verdiyi xəbərə görə, Hindistanın Himaçhal Piradeş vilayətində bir meymun Robin Qudluq edib. Himaçhal Piradeş vilayətinin Şimla meşələrində makak adlı 300 mindən çox meymun yaşayır. Onlardan biri isə evə girərək 10 min Hindistan rupisi götürüb.

Meymunun pulu dağıtmasından sonra tursitlər və yerli əhali bir saat ərzində həmin pulu toplamağa çalışıb.

Xatırladaq ki, fevral ayında da belə bir olay yaşanıb. Həmin vaxtda bir meymun evdən oğurladığı pulu bazar yerində insanların üzərinə atmışdı.

Emin Piri



Teqlər:





Xəbər lenti