Gül BMT-nin baş katibi ola bilər

Gül BMT-nin baş katibi ola bilər
  01 Sentyabr 2014    Oxunub:2061
ABŞ prezidenti Barak Obama Türkiyənin sabiq prezidenti Abdullah Gülün 2016-cı ildə BMT-nin baş katibi olmasını istəyir.
Bu barədə azVision.az “Takvim” əzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, ABŞ prezidenti bu məsələdə artıq Rusiya və Çinlə də razılığa gəlib. Obamanın Gül namizədliyini irəli sürəcəyi təqdirdə onun BMT baş katibi seçiləcəyi gözlənir. Əgər bu iş baş tutsa, onda Abdullah Gül BMT baş katibi olan ilk müsəlman olacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti