`Neftçi`-`Partizan` oyununun hakimləri müəyyənləşib

`Neftçi`-`Partizan` oyununun hakimləri müəyyənləşib
  27 Avqust 2014    Oxunub:1748
UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" (Bakı) - "Partizan" (Serbiya) matçının hakimləri müəyyənləşib.
AzVision.az xəbər verir ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu avstriyalı baş hakim Robert Şörgenhofer idarə edəcək. Ona həmyerliləri Matthias Vinsauer, Roland Brandner və Dominik Ouşan kömək edəcəklər.

Matçın UEFA nümayəndəsi Kris Bellon (Belçika), hakim-inspektoru isə Miçel Vautrot (Fransa) olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti