Kliçkonun döyüşü təxirə salındı

Kliçkonun döyüşü təxirə salındı
  26 Avqust 2014    Oxunub:1623
Superağır çəkili idmançılar Vladimir Kliçko ilə bolqar Kubrat Pulev arasında sentyabrın 6-na planlaşdırılmış titul yarışı ukraynalı idmançının zədə alması səbəbindən baş tutmayacaq.
IBF, WBA və WBO versiyaları üzrə dünya çempionu Avstriyada məşq düşərgəsində məşqlər zamanı vətərini zədələyib. Döyüşün iki ay təxirə salınacağı və oktyabrın sonunda keçiriləcəyi gözlənilir.

Xatırladırıq ki, may ayında bolqarıstanlı Kubrat Pulev ilə amerikalı Toni Tompsonun görüşündə hakimlərin yekdil qərarı ilə Pulev qalib gəlib və məcburi IBF iddiaçısı olub. Bundan sonra Beynəlxalq Boks Federasiyasının (IBF) rəhbərliyi Vladimir Kliçkoya tapşırıb ki, Pulevə qarşı döyüşdə öz titulunu qorusun.

Pulevlə döyüş ukraynalı idmançı üçün Aleksandr Povetkin (WBA) və Aleks Leapai (WBO) ilə döyüşlərdən sonra artıq üçüncü məcburi müdafiə olacaqdır. Vladimir bolqar idmançıya qalib gələrsə, WBC versiyası üzrə yeni çempionla birləşdirici yarış keçirməyi və öz kolleksiyasına çatışmayan daha bir kəmər əlavə etməyi planlaşdırır.


Teqlər:





Xəbər lenti