Kanadada şəhər satılır

Kanadada şəhər satılır
  26 Avqust 2014    Oxunub:1701
CCTV televiziya kanalının saytında Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Bredian şəhərinin satışa çıxarılması barədə elan yerləşdirilib.
Bu barədə AzərTAc https://azvision.az/redirect.php?url=http://newsland.com/news/detail/id/1420904/ saytına istinadən xəbər verir.

Bredian şəhərinin əsası keçən əsrin 30-cu illərində, qızılçıxarma şaxtasının yaxınlığında qoyulmuşdu. Burada şaxtaçılar və onların ailələri yaşayırdı. 1971-ci ildə şaxta bağlandıqdan sonra bütün sakinlər şəhəri tərk etdilər.

Sövdələşmənin həyata keçirilməsi ilə məşğul olan rieltor Con Lourens qeyd edib ki, şəhərcik ailəvi istirahət üçün ideal yerdir. O bildirib ki, Bredianla artıq təqribən 30 potensial alıcı maraqlanıb.
Bazar analitikləri öz növbəsində bildirirlər ki, baxımsız şəhərə yüksək qiymət qoyulub, çünki Bredianın yenidən qurulması və bərpası xeyli xərc tələb edir.


Teqlər:





Xəbər lenti