Ukraynada 500 separatçı öldürüldü

Ukraynada 500 separatçı öldürüldü
  24 Avqust 2014    Oxunub:1556
Ukrayna hərbçiləri Luqansk ərazisinin Rovenki şəhəri ərazisində separatçıların yığma qoşun döyüşçülərinin böyük qrupuna hücüm ediblər, 40 zirehli texnika və 500 yığma qoşun döyüşçüsünün məhv edlib.
Bu haqda Ukraynanın daxili işlər nazirinin məsləhətçi Zoryan Şkiryak bildirib.

"Hərbi kəşfiyyat Rovenki ərazisində Rusiyameylli döyüşçülərinin böyük bazasını və düşmənin ağır texnikasının əhəmiyyətli yığışmasını aşkar edib. Anti terror qüvvələrinin dəqiq atəşi sayəsində 40 zirehli texnika, üç ZRK “Strela 10", əksəriyyəti ekipajların üzvləri olan 500 Rusiya muzdlusu məhv edilib”, - deyə Şkiryak bildirib.

O həmçinin əlavə edib ki, İlovayskda Milli qvardiyanın "Donbass" batalyonu ələ keçirilmiş mövqeləri möhkəm saxlayır və Daxili İşlər Nazirliyinin və başqa bölmələrin köməyi ilə birgə terrorçulardan şəhərin təmizləməsini davam edirlər.

"Bizim döyüşçülərimiz düşmənin canlı gücünün əhəmiyyətli miqdarını məhv etdilər, tanklar, zirehli maşınlar sıradan çıxarıldı. İlovayskda qüvvələrimiz bərkitmə işləri aparır. Daxili İşlər Nazirliyi və digər güc strukturlarının döyüşçuləri şəhərdə qayda-qanunun bərpası və Rusiya döyüşçülərinin məhv edilməsini davam etdirir", - deyə Şkiryak bildirib.(ans)


Teqlər:





Xəbər lenti