Geyim istehsalının həcmi açıqlanıb

Geyim istehsalının həcmi açıqlanıb
  24 Fevral 2026    Oxunub:1750
Bu ilin yanvar ayında Azərbaycanda 19,8 milyon manatlıq geyim istehsal edilib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayına nisbətən 3,9% çoxdur. Dövr ərzində 87,5 min ədəd üst geyim, 81,9 min ədəd istehsalat və peşə komplektləri, 155,9 min ədəd alt geyim, 429,7 min cüt corab məmulatları istehsal edilib.

2026-cı ilin yanvar ayında ölkə əhalisinin pərakəndə ticarət şəbəkələrində toplam xərclədiyi vəsaitin 14,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub. Təkcə ötən ay əhali geyimə 760,9 milyon manat vəsait xərcləyib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,6% çoxdur.

Hesabat ayında Azərbaycana 30 123.3 min ABŞ dolları dəyərində geyim əşyaları və ləvazimatları idxal olunub ki, bu da illik müqayisədə 11,8% azdır.

AzVision.az


Teqlər: geyim   istehsal   statistika  



Xəbər lenti