Ötən il 117 üçəm doğulub

Ötən il 117 üçəm doğulub
  20 Fevral 2026    Oxunub:1974
Ötən il Azərbaycanda 3170 əkiz, 117 üçəm doğulub.
AzVision.az xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Qeyd olunub ki, doğulan körpələrin 53,1 faizi oğlan uşaqları, 46,9 faizi isə qız uşaqları olub.

"2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95875 doğulan körpə qeydə alınmış və 2024- cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb".


Teqlər: Demoqrafiya  



Xəbər lenti