Sabah respublika üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək

Sabah respublika üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək
  19 Fevral 2026    Oxunub:1173
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən fevralın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
AzVision.az DSMF-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, fevralın 20-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Qeyd edək ki, bu il yanvarın 1-dək təyin olunmuş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları həmin artımlarla birgə ödəniləcək.

Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

AzVision.az


Teqlər: DSMF   pensiya   artım  



Xəbər lenti