ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb

   ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb
  18 Fevral 2026    Oxunub:1085
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
AzVision.az xəbər verir ki, hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb.

Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

AzVision.az


Teqlər:



Xəbər lenti