Bu şəxslər 65 yaşdan sonra da işləyə bilər - VİDEO

     Bu şəxslər 65 yaşdan sonra da işləyə bilər    - VİDEO
  11 Fevral 2026    Oxunub:1329
Azərbaycanda 65 yaşına çatmış işçilərin əmək müqaviləsinə xitam verilir. Ancaq bəzi şəxslər bu yaşdan sonra da işləmək istəyirlər.
AzVision.az -ın məlumatına görə, mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Səlimə Quliyeva "Baku tv"nin efirində bildirib ki, bəzi sahələrdə və ya müəyyən şərtlər daxilində bu yaş həddini keçmiş şəxslərin iş fəaliyyətini davam etdirməsi mümkündür. Bu, xüsusilə təcrübəli kadrların saxlanması, sahə üzrə mütəxəssislərin çatışmazlığı və ya xüsusi razılaşmalarla bağlı ola bilər.

Onun sözlərinə görə, istisna hallarda dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçilərinin əmək müqaviləsi uzadıla bilər. Bunun üçün həmin şəxsin elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmalıdır.

Onun fikrincə, həmin şəxslərin bilik və təcrübələrindən yararlanmaq lazımdır.

Daha ətraflı videomaterialda:


AzVision.az



Teqlər: DövlətƏməkMüfəttişliyi   SəliməQuliyeva   əməkmüqaviləsi   65yaşınaçatmışişçilər  



Xəbər lenti