Meksika Deputatlar Palatasında Azərbaycanla dostluq qrupu yaradılıb

   Meksika Deputatlar Palatasında Azərbaycanla dostluq qrupu yaradılıb
  11 Fevral 2026    Oxunub:892
Meksika Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun ilk təsis iclası keçirilib.
Bu barədə AzVision.az Azərbaycanın Meksikadakı səfirliyinə istinadən xəbər verir.

"Bu qrupun yaradılması iki ölkə arasında parlamentlərarası münasibətlərin və əməkdaşlığın inkişafına yeni təkan verəcək", - bəyanatda bildirilib.

İclasda Milli Məclisin deputatları Səməd Seyidov, Jalə Əliyeva və Sevinc Fətəliyeva, Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev, Meksika-Azərbaycan dostluq qrupunun sədri Dulse Mariya Korina Vilyeqas, Deputatlar Palatasının üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.


AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti