Paşinyan Moskvaya vəd verib

   Paşinyan Moskvaya vəd verib
  11 Fevral 2026    Oxunub:929
Ermənistan heç vaxt Rusiyaya qarşı hərəkət etməyib və etməyəcək.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə deyib.

“Biz həmişə bütün tərəfdaşlarımıza çatdırmışıq ki, Rusiyanın maraqlarına zərər vurmaq bizim gündəmimizdə heç vaxt olmayıb, yoxdur və olmayacaq. Bu, istisna edilir. Bizi heç kim anti-Rusiya hərəkətlərinə sürükləyə bilməz və heç vaxt buna cəhd də olmayıb”, - Paşinyan iddia edib.

Paşinyanın sözlərinə görə, İrəvan rusiyalı həmkarlarına onlarla döyüşməyəcəyini, mübahisə etməyəcəyini və şifahi çəkişmələrə girməyəcəyini bildirir, çünki Ermənistan hakimiyyəti ikitərəfli münasibətləri yüksək qiymətləndirir.

- Bu, bizim strategiyamızdır. Biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, amma Ermənistanın maraqlarından çıxış edəcəyik”, - Nikol Paşinyan vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   Moskva   vəd  



Xəbər lenti