İranda keçmiş nazirlər və məmurlar həbs olunub
“İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) azı dörd siyasətçini həbs edib. Onların arasında əvvəllər hökumətdə əsas vəzifələrdə çalışmış keçmiş nazirlər və tanınmış ictimai xadimlər də var. Saxlanılanların hamısının adları rəsmən açıqlanmasa da, onların islahatçı düşərgə ilə əlaqəli fiqurlar olduğu bildirilir”, - İtranın media agentliklərinin yaydığı məlumatda deyilir.
Həbslər, müxalifət mənbələrinin məlumatına görə, on minlərlə insanın ölümünə səbəb olan kütləvi etirazların amansızlıqla yatırılmasından təxminən bir ay sonra baş verib. Bu hadisələr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə rezonans doğurub.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


