“Bu barədə həqiqəti söyləyən və buna görə məsuliyyətə cəlb olunacaq hər bir kəsin müdafiəsi üçün pul ödəyəcəyəm”, - milyarder “X” sosial şəbəkəsinin istifadəçilərindən birinin mesajına cavab olaraq yazıb.
Qeyd edək ki, Epşteyn işinin materiallarında Maskın da adı hallandırılır. Onun adı maliyyəçiyə məktubların birində vurğulanır.
- Xatırladıram ki, İlon Mask yanvarın 2-də sizin adanıza gəlməyi xahiş edib”, - “The Telegraph” nəşri 31 yanvar 2013-cü ildə adı açıqlanmayan şəxs tərəfindən Epşteynə göndərilən məktubdan sitat gətirir.
|
| Epşteyn işi | Starmer də hədəfə alındı |
Xatırladaq ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı daha 3 milyon səhifəlik sənəd, 2000-dən çox video və 180 min fotoşəkil yayımlayıb. Bəzi materiallar qurbanların şəxsi məlumatlarını gizlətmək üçün redaktə olunub.
Açılqlanan sənədlər uzun illər ərzində Qərbdəki qlobal-liberalizm ideologiyasını zorla bəşəriyyətə sırımağa çalışan yüksək vəzifəli siyasətçilərin və ictimai xadimlərin, habelə sahibkarların yalnız çirkin və iyrənc əməllərlə məşğul olduqlarını yox, həm də birbaşa cinayətlər törətdiklərini ifşa edir.
Bu qalmaqal fonunda artıq bəzi siyasətçilər istefa veriblər. Hətta Böyük Britaniyanın baş naziri Kir Starmerin də vəzifədən uzaqlaşdırıla bilməsi ettimalı gündəmə gəlib.
Epşteyn işi ilə bağlı korrupsiyada şübhəli bilinən Norveçin keçmiş baş naziri, Norveç Nobel Komitəsinin sabiq sədri və Avropa Şurasının (AŞ) keçmiş baş katibi Torbyorn Yaqlanda qarşı isə istintaq başlanıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


