ABŞ patrul təyyarəsi İran yaxınlığında

ABŞ patrul təyyarəsi İran yaxınlığında
  09 Fevral 2026    Oxunub:515
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” sualtı qayıq əleyhinə patrul təyyarəsi İran yaxınlığında, Fars körfəzi üzərində kəşfiyyat uçuşu həyata keçirib.
Bu barədə “Flightradar24” aviasiya resursunun məlumatlarında deyilir. Qeyd olunub ki, təyyarə Bəhreyndə yerləşən aviabazadan havaya qalxıb. Bu tip Amerika patrul təyyarələri müntəzəm olaraq Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzi ərazisindəki vəziyyətin monitorinqi üçün istifadə olunur.


AzVision.az



Teqlər:



Xəbər lenti