Almaniya Belarus sərhədinə qoşun yeridir

   Almaniya Belarus sərhədinə qoşun yeridir
  06 Fevral 2026    Oxunub:1682
Almaniya hökuməti NATO alyanasının gizli "Operation Deutschland" müharibə planı çərçivəsində Litvanın Rudninkay kəndindəki poliqonda – Belarusla sərhəddən təxminən 30 km məsafədə 5 mindən çox əsgər və 105 "Leopard 2A8" tankı yerləşdirəcək.
Bu barədə ABŞ-nin "The National Interest" jurnalı öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Berlin İkinci Dünya müharibəsindən bəri ilk dəfə öz sərhədlərindən kənarda daimi qoşun yerləşdirir.

Xatırladaq ki, 2024-cü ilin payızında Almaniya Ordusunun 250 hərbçisi Litvanın paytaxtına göndərilmiş, beləliklə, Berlinin adıçəkilən ölkədə hərbi əməliyyatı başlamışdı. Keçən ay isə Litvaya iki döyüş batalyonu yeridilib. Plana əsasən, 2027-ci ilədək burada 5 mindən çox əsgər daimi yerləşdirilməlidir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Litva   NATO   Belarus   Rusiya   müharibə   plan  



Xəbər lenti